Göygöl rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 7 ədəd istilik radiatoru oğurlanıb.

Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Coşqun Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.