Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində avtomobil təmiri sexində 1990-cı il təvəllüdlü Zöhrab Zeynalov naməlum şəraitdə bıçaqlanıb.

Qarın nahiyəsinə xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.