Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində 1970-ci il təvəllüdlü Əmrah Səfiyev tanışı ilə pul borcu üstündə mübahisə edib.

Mübahisə zamanı Əmrah Səfiyevi tanışı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.