Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Gülnarə Sadıqova öldürülüb.
Məlum olub ki, o, qeyri-rəsmi nikahda olduğu 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevlə mübahisə edib. Mübahisə zamanı Fərhad Şaqalıyev qadına təpiklə zərbələr vurub, daha sonra onu boğaraq öldürüb.
Sonra o, Sabunçu rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.
Hadisə zamanı Fərhad Şaqalıyev sərxoş vəziyyətdə olub. Onun qeyri-rəsmi arvadı ilə mübahisəsi evə sərxoş gəlməsi üstündə baş verib.
Məlumata görə, öldürülən qadın Fərhad Şaqalıyevin nikahdankənar yaşadığı üçüncü qadındır. Gülnarə Sadıqovanın başqa kişidən bir azyaşlı oğlu var.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.