Bakıda soyğunçuluqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1988-ci il təvəllüdlü Mirzə Vahabovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Mirzə Vahabov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, polisin keçirdiyi əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş Mirzə Vahabov tutulub.
O, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq edib və onun məktəbli çantasını əlindən almağa cəhd edib.
Amma məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.