Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində 1986-ci il təvəllüdlü Mehrab Təhməzov qonşuluğunda yaşayan şəxslə mübahisə edib.
Mübahisə zamanı qonşusu Mehrab Təhməzovu bıçaqlayıb. Xəsarət alan Mehrab xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.