Hacıqabul rayonunda iki nəfər maskalı şəxs qarət məqsədi ilə Qızqayıt Vəliyevanın həyətinə girib.

Teleqraf.com xəbər verir ki, maskalılar qadını və onun qızı Rəhiməni bıçaqla hədələyib, pul, qızıl verməsini tələb ediblər.

Lakin səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib, hadisə yerindən qaçıblar.

Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.