Bakının Qaradağ rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Türkiyə vətəndaşı Oğuzxan Safi, Bakı şəhər sakinləri Vəli Vəliyev, Aqil Vəliyev və qardaşı Elxan tutulublar.
Onlar bu il yanvarın 25-dən sentyabrın 11-dək olan müddətdə Qobustan və Səngəçal qəsəbələri ərazilərindəki idarə və müəssisələrə məxsus ümumilikdə 270 metr elektrik kabelini kəsərək oğurlayıblar.