Gəncə şəhərində bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bədəninin müxtəlif hissələrindən bıçaq xəsarəti alan 1991-ci il təvəllüdlü Xəyal Verdiyev xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Xəyal Verdiyev qonşusu ilə mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı cinayət işi başlanıb.