Bakının Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Mehmandarov, 20 ünvanında 31 yaşlı Bakı şəhər sakini Vüqar Həsənov bir nəfər adı məlum olmayan şəxslə mübahisə edib.
Bu zaman həmin şəxs Vüqar Həsənovu təhqir edib və onların mübahisəsi davaya çevrilib. Dava zamanı Vüqar Həsənov bıçaqlanıb. Vüqar Həsənov isə naməlum şəxsi ürək nahiyyəsindən vurub.
Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vüqar Həsənovun bıçaqla vurduğu şəxs isə hadisə yerində ölüb.
Prokurorluqda aparılan araşdırma zamanı məlum olub ki, qətlə yetirilən Elşən Məmmədovdur. Hər iki şəxsin əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadıqları üzə çıxıb.
Onların dost olduqları, hadisə zamanı sərxoş olduqları da məlum olub.
Xətai rayon Prokurorluğunda cinayət işi başlanıb.