Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri 3 azyaşlı saxlanılıb.

Saxlanılan azyaşlıların Gəncə şəhəri ərazisində “VAZ-2103” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli biliniblər.

Məlumata görə, azyaşlılar oğurluq yolu ilə əldə etdikləri pulu şəhər ərazisində olan əyləncə mərkəzlərindən xərcləyiblər.

Faktla bağlı cinayət işi başlanıb.