Teleqraf.com xəbər verir ki, Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Qadir Tağıyev tutulub.

Qadir Tağıyev cari il mayın 8-dən iyunun 19-dək olan müddətdə 2 nəfərə məxsus ümumilikdə 37100 manat və qızıl əşyalarını dələduzluq yolu ilə alıb.

Faktla əlaqədar cinayət işi başlanıb.