Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Xarxar kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Yusifov idarə etdiyi “Mercedes E 320” markalı avtomobillə yolu keçmək istəyən 12 yaşlı Elvin Həsənovu vurub.
12 yaşlı oğlan dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov