Sumqayıt şəhərində mağazaya basqın olub.

Sumqayıt şəhər Polis İdarəsindən Teleqraf.com-a veriıən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayonun ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini Bayram Məhəmməd oğlu Səfiyevə məxsus mağazaya Elvin adlı şəxs gəlib. O, mağaza sahibinə hədə-qorxu gələrək, oradan açıq 1 ədəd planşet aparıb.


Əməliyyat-axtarış tədbirləri zamanı Bayram Səfiyevə məxsus mağazadan soyğunçuluq yolu ilə məişət əşyası aparmış şəxs müəyyən olunub. Bu, şəhərin İnşaatçılar qəsəbə sakini Elvin Elxan oğlu Abuşovdur.

O, həbs edilib.

Hacı Zeynalov