BAKI, 8 oktyabr. TELEQRAF

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.

Teleqraf xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.

Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.