BAKI, 17 iyul. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada Lavrovla danışıqları hərtərəfli və məhsuldar adlandırıb.
Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.