BAKI, 17 iyul. TELEQRAF
"Bu gün deyə bilərik ki, Bakı ilə İrəvan arasında faktiki olaraq sülh mövcuddur".
Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
"Bu gün əminliklə demək olar ki, Bakı ilə İrəvan arasında sülh de-fakto mövcuddur. Azərbaycan tərəfinin sülh təşəbbüsləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini ciddi şəkildə sürətləndirib və buna töhfə verib", - deyə nazir qeyd edib.