"Fələstində hazırda çətin vəziyyət hökm sürür, bu durumdan dostların köməyi ilə çıxa biləcəyimizə ümidvarıq".
Teleqraf xəbər verir ki, bunu Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Prezident İlham Əliyevlə görüşdə deyib.
Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib.