BAKI, 25 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi görüşün yekunlarına dair paylaşım edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib.

"Vacib danışıqlar apardıq. Hər iki xalqımızı gücləndirən qarşılıqlı hörmət və əməkdaşlıq ruhu münasibətlərimizi daha da möhkəmləndirir", - V.Zelenski bildirib.

Qeyd edək ki, bu gün Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.