BAKI, 5 mart. TELEQRAF

ABŞ-də fəaliyyət göstərən Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AİPAC) İranın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatları kəskin pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

AİPAC-ın bəyanatında rəsmi Bakıya dəstək ifadə olunub:

"İranın hücumları ilə üz-üzə qalan ABŞ və İsrailin böyük müttəfiqi olan Azərbaycanın yanındayıq".