BAKI, 23 yanvar. TELEQRAF

Prezident Donald Tramp və azərbaycanlı həmkarı İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

"Tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar. Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər", - məlumatda qeyd olunub.