BAKI, 19 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika istehsalı olan silah və hərbi texnikanın böyük həcmdə alınması Səudiyyə Ərəbistanının Yaxın Şərqdə sabitliyin təminatçısına çevrilməsinə imkan verəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman şərəfinə keçirilən mərasimdə bildirib.
Tramp xatırladıb ki, may ayında iki ölkə arasında demək olar ki, 142 milyard dollarlıq silah və texnika alışına dair tarixi razılaşma açıqlanıb. Onun sözlərinə görə, bu müqavilə həm ABŞ-nin, həm də Səudiyyə Ərəbistanının təhlükəsizliyini möhkəmləndirəcək.
“Səudiyyə Ərəbistanı indiyə qədər heç vaxt bu qədər təhlükəsiz olmayıb. Əvvəllər ölkənin üzərində daima kiçik və ya böyük bir bulud olurdu. İndi isə həmin bulud yoxdur və biz bunun belə qalmasını istəyirik”, -Tramp bildirib.