BAKI, 15 noyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstinin Milli Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsində hesabında paylaşım edilib.

"Fələstin Milli Günü münasibətilə Fələstin xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Fələstin Milli Günün mübarək!", - paylaşımda deyilir.