BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədəki görüşünü yüksək qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox əhəmiyyətli olub və tərəflər bu görüş zamanı münasibətlərdə yeni mərhələyə qədəm qoymaq imkanı əldə ediblər:
"Biz Düşənbədə iki prezident arasında keçirilmiş ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu görüş iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması baxımından çox önəmli olub".
Qeyd edək ki, oktyabrın 9-da Düşənbədə iki ölkə lideri arasında görüş baş tutub.