BAKI, 9 oktyabr. TELEQRAF

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Azərbaycana təzminatın ödənilməsi üçün zəruri bütün tədbirləri görəcək.

Teleqraf xəbər xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

"Şübhəsiz, belə faciəli hallarda təzminatın ödənilməsi üçün tələb olunan bütün tədbirlər Rusiya tərəfindən görüləcək", - V. Putin qeyd edib.