BAKI, 11 avqust. TELEQRAF

"Dünyanın müharibələrə çox sürətlə alışdığı bir zamanda avqustun 8-də Vaşinqtondan ümidverici bir xəbər gəldi. ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan postsovet məkanının ən uzunmüddətli münaqişələrindən birinə son qoyan Birgə Sülh Bəyannaməsini imzaladılar".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz müəllif sütununda yazıb.

O qeyd edib ki, Ukrayna və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib.

"Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi bu münasibətlə təbrik edərək, bunun Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik naminə mühüm addım olduğunu bildirib".

Yuri Qusev vurğulayıb ki, Cənubi Qafqaz bu gün tarixində yeni bir səhifə açır.