BAKI, 9 avqust. TELEQRAF
Avqustun 8-də Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq olub.
Teleqraf dialoqu təqdim edir:
D.Tramp
- Rəhbərlik vəzifəsində nə qədər vaxtdır işləyirsiniz?
İ.Əliyev:
- 22 ildir.
D.Tramp:
- Deməli, o həm möhkəm, həm də ağıllıdır.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.