BAKI, 21 iyun. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi ilə görüşüb.

Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində regional vəziyyət, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının yaxın zamanlarda təşkilinə hazırlıq məsələləri nəzərdən keçirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:44

Xarici işlər naziri (XİN) Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə görüşüb.

Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri (XİN) Şurasının 51-ci Sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər, regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar, beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiyanın davam etdirilməsinə sadiqliklərini təsdiq ediblər.

Tərəflər həmçinin İsrail-İran münaqişəsi nəticəsində regional qeyri-sabitliyin artması ilə bağlı narahatlıqlarını təkrarlayıblar.