BAKI, 16 iyun. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliydən bildirilib.

telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.