BAKI, 3 iyun. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi arasında təkbətək görüş başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında həmçinin geniştərkibli görüş keçirilib.

Tərəflər son dövrlərdə siyasi dialoqun intensivləşməsini, yüksək səviyyəli qarşılıqlı səfərləri və bütün sahələr üzrə əməkdaşlığı xüsusi dəyərləndirib.

Görüş çərçivəsində post-münaqişə dövründə baş verən hadisələrə də toxunulub. Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı və humanitar minatəmizləmə işləri müzakirə edilib.

Tərəflər bu sahələr üzrə əməkdaşlığı davam etdirmək və birgə təşəbbüsləri dəstəkləmək barədə razılığa gəlib.

***

11:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.

Nazirlər qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparmaq və əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.