BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mərasimi çərçivəsində təşkil olunan Liderlər Sammitində çıxış edən Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif iki ölkə arasındakı tarixi, mədəni və siyasi əlaqələrə diqqət çəkib.

Teleqraf xəbər verir ki, baş nazir Bakının müasir infrastrukturu və qlobal bağlılığı ilə yanaşı, qədim İçərişəhərdə yerləşən "Multanı karvansarası” kimi tarixi abidələrin Pakistan və Azərbaycan arasında əsrlər boyu mövcud olan müştərək sivilizasiya və ticarət bağlarının bariz nümunəsi olduğunu vurğulayıb.

Yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən baş nazir, dövlət başçısının liderliyi sayəsində Bakının qlobal miqyasda müasir və dözümlü bir mərkəzə çevrilməsini yüksək qiymətləndirib.