BAKI, 25 avqust. TELEQRAF

Bu ilin birinci yarımilliyində Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 217,5 min nəfər təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, ölkəmizə səfər edənlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, 1,9 faizi Özbəkistan, 1,8 faizi isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub.

Ümumi gələnlərin 19,2 faizini isə digər ölkələrin vətəndaşları təşkil edib.