BAKI, 19 noyabr. TELEQRAF

Sabah səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.