BAKI, 5 oktyabr. TELEQRAF

"Metsamor Atom Elektrik Stansiyası mütləq bağlanmalıdır".

Teleqraf xəbər verir ki, bunu “Rüzgar” İctimai Birliyinin sədri İslam Mustafayev "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda keçirilən brifinqində deyib.

O bildirib ki, Metsamor Atom Elektrik Stansiyası fəaliyyətə başladığı gündən Cənubi Qafqaz üçün ən böyük ekoloji təhlükə mənbələrindən biridir:

“Radiasiya heç bir qoxuya, rəngə və ya istilik effektinə malik olmadan yüksək nüfuz etmə qabiliyyətinə malikdir. Qəzaların fəsadları uzun illər boyu davam edir; insanlara, ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurur. Bu stansiyanın iki nüvə reaktoru var. Onlardan biri vaxtilə baş vermiş zəlzələ zamanı zədələnib və hazırda işləmir. İkinci reaktor isə o dövrdən bəri fəaliyyətini təhlükəli şəkildə davam etdirməkdədir”, - deyə İ.Mustafayev qeyd edib.