BAKI, 31 iyul. TELEQRAF

Bakının Binəqədi rayonunda təkər tullantıları yığılmış sahədə baş verən yanğın söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

14:04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.