BAKI, 31 iyul. TELEQRAF

Azərbaycanda tibbi sığorta və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunlara edilmiş dəyişikliklərin icrasına başlanılıb.

Teleqrfa xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verən Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla icbari tibbi sığorta fondunun sərbəst vəsaitlərinin investisiya əməliyyatlarına yönəldilməsi qaydalarını hazırlamalıdır. Bu qaydaların layihəsi iki ay müddətində tamamlanaraq Nazirlər Kabinetinə təqdim edilməlidir.