BAKI, 30 iyul. TELEQRAF

İyulun 28-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 17 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.