BAKI, 31 iyul. TELEQRAF

FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeyro vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, buna FIFA-nın dünya çempionatlarının kommersiya hüquqlarındakı payı özəl investorlara satmaq planı səbəb olub.

Kordeyro “Sky News”a açıqlamasında təkliflə heç bir əlaqəsinin olmadığını və plana qəti şəkildə qarşı çıxdığını bildirib:

“FIFA prezidentinin baş müşaviri, keçmiş bankir və ömürlük futbol azarkeşi kimi, FIFA-nın dünya çempionatındakı payını satmaq niyyətinə biganə qala bilmərəm. Açıq deyirəm ki, bu təklifin hazırlanmasında iştirak etməmişəm və ona tamamilə qarşıyam. Bu, FIFA-nın üzv assosiasiyaları, futbol və oyunun uzunmüddətli gələcəyi üçün pis razılaşmadır”.

Məlumata görə, UEFA və ona üzv olan 55 milli assosiasiya FIFA-nın bütün turnirlərini, o cümlədən kişi və qadınlar arasında dünya çempionatlarını boykot etmək barədə yekdil qərar qəbul edib.

Bildirilib ki, qərar UEFA-nın təcili iclasında İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarının idarə olunmasına özəl investorları cəlb etmək planına cavab olaraq verilib.