BAKI, 19 iyun. TELEQRAF
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 126656 abituriyent ərizə verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Bildirilib ki, onların 48.10%-i oğlan, 51.90%-i qız olub. Ərizə verən abituriyentlərin 100606 nəfəri (79.43%-i) isə cari ilin məzunları olub və onlardan 50509-u (50.20%-i) oğlan, 50097-si (49.80%-i) qız abituriyentlər olub.
Məlumatda həmçinin bildirilib ki, 2013-2023-cü illərdə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox, 2024-cü və 2025-ci illərdə isə qızların sayı oğlanların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, qızlar Azərbaycan bölməsində 52.00%, rus bölməsində isə 50.92% olmaqla sayca üstünlük təşkil edib.