BAKI, 11 iyun. TELEQRAF
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hacıqabul rayonunda təşkil olunmuş və “Şəhərsalma və Memarlıq İli - qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Hacıqabul Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı edib.
Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran məsələlərdən danışıb.
Daha sonra çıxış edən Muğan Regional Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik-leytenant Vüqar Miri şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat verib.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.