BAKI, 11 iyun. TELEQRAF

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə süni intellektdən qanunsuz istifadə hallarının qarşısı qətiyyətlə alınır”.

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.

O vurğulayıb ki, müasir texnologiyaların mənfi məqsədlər üçün istifadəsinə qarşı qanunvericilikdə ciddi bəndlər yer alıb: "Süni intellekt texnologiyalarından istifadə etməklə müvafiq seksual və ya pornoqrafik xarakterli məlumatların yayılmasına görə də Cinayət Məcəlləsində xüsusi cinayət məsuliyyəti müəyyən olunmuşdur".