BAKI, 11 iyun. TELEQRAF
“Azərbaycanda mediada və internet resurslarında süni intellekt vasitəsilə hazırlanan materialların xüsusi nişanlama olmadan yayılması inzibati məsuliyyət yaradır”.
Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bildirib.
"Qanunvericiliyin tələbinə əsasən, mediada və ya internetdə süni intellekt texnologiyalarından istifadə etməklə hər hansı audio, foto və video material hazırlandıqda və yayıldıqda, həmin məzmunun üzərində aydın görünən şəkildə onun məhz süni intellekt vasitəsilə hazırlandığını göstərən nişanlama (işarələmə) nəzərdə tutulmalıdır. Belə bir işarə olmadan materialların yayılması İnzibati Xətalar Məcəlləsinə görə birbaşa məsuliyyət nəzərdə tutur", - A.Osmanova qeyd edib.