BAKI, 11 iyun. TELEQRAF
“Azərbaycanda süni intellekt texnologiyalarından və xüsusi proqramlardan istifadə etməklə şəxsin razılığı olmadan onun səsindən, görüntüsündən istifadə edilməsi cinayət məsuliyyətinə səbəb olur”.
Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bildirib.
İdarə rəisi qeyd edib ki, ölkədə cinayət qanunvericiliyi bu istiqamətdə təkmilləşdirilib:
"Şəxsin razılığı olmadan süni intellekt vasitəsilə foto, video və audio materialların hazırlanması və yayılmasına görə Cinayət Məcəlləsində müvafiq olaraq cinayət tərkibi təsbit olunub və cinayət məsuliyyəti müəyyən edilib. Hazırda bu norma qüvvədədir".