BAKI, 17 may. TELEQRAF

Mayın 17-si saat 09:30-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.