BAKI, 15 may. TELEQRAF

"Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır".

Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.

"Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib. Həmin ərazidə layihələndirmə işləri aparılmalıdır. Tikinti işləri elə olmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün", - o vurğulayıb.