BAKI, 13 may. TELEQRAF

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də, səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.