BAKI, 12 may. TELEQRAF

Azad olunan ərazilərdə mayın 1-dən 10-dək 20 tank əleyhinə mina, 71 piyada əleyhinə mina, 440 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2129 hektar ərazi minalardan təmizlənib.