BAKI, 27 aprel. TELEQRAF
“Biz riyazi məktəbin əsas müəllimlərini itirmişik. Buna görə də riyaziyyatda sıçrayış yoxdur, amma xarici dildə irəliləyiş var. Riyaziyyatda bunu görmürük”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Müəllimlər deyir ki, biz belə bunu həll edə bilmirik, şagird necə etsin? Proqramdan kənar heç nə yoxdur, sadəcə düşünmək lazımdır. Cəmiyyətimiz o zaman inkişaf edəcək ki, yeni nəsil bizdən daha ağıllı olsun”, - M.Abbaszadə vurğulayıb.