BAKI, 6 mart. TELEQRAF
Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında “Dəf kimi” əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində yoxlama keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, sex fiziki şəxs Əhmədov Samir Zehin oğluna məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərib.
Baxış zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.
Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.