BAKI, 3 mart. TELEQRAF
Bu gün saat 11:00-da Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçiriləcək.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.